"Karvan-Yevlax"dan ayrılıb 2-ci Liqa klubunun baş məşqçisi oldu
Azərbaycan 2-ci Liqasında yarışan "Xankəndi"nin yeni baş məşqçisi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi Zaur Hacıyevə tapşırılıb.
Türkiyəli İbrahim Uzuncanı əvəz edən mütəxəssis uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib.
Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.
