"Zirə"nin Konfrans Liqası matçının biletləri bu gün satışa çıxarılacaq

Azərbaycan UEFA Avropa Liqasında təmsil edəcək "Zirə"nin II təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Hayduk” komandası ilə oyununun biletləri satışa çıxarılır.
"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 15:00-dan etibarən əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 50 manat təşkil edir.
Satış məntəqələri Zirə İdman Kompleksi, “8-ci km stadionu” (Neftçi Arena) və Tofiq Bəhramov adına Respubilka stadionunun kassalarında təşkil ediləcək.