"Qarabağ" Çempionlar Liqasında liderdir - UNİKAL GÖSTƏRİCİ
Avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ" UEFA Çempionlar Liqasında unikal göstəriciyə imza atıb.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası qitənin bir nömrəli klub yarışında cari mövsüm ardıcıl bütün səfər oyunlarında qalib gələn yeganə komandadır.
Ağdam təmsilçisinin liderliyi Portuqaliya səfərində "Benfika" ilə matçda əldə edilən tarixi qələbə (3:2) ilə rəsmiləşib.
Mübarizəyə təsnifat mərhələsindən başlayan "köhlən atlar" səfərdə İrlandiyanın "Şelbörn" (3:0), Şimali Makedoniyanın "Şkendiya" (1:0) və Macarıstanın "Ferensvaroş" (3:1) komandalarını məğlub edib.
