"Neftçi"nin legioneri Portuqaliya klubuna transfer oluna bilər
"Neftçi"nin futbolçusu Mustafa Sek karyerasını yenidən Portuqaliyada davam etdirə bilər.
"Mediasport" xəbər verir ki, sol cinah müdafiəçisi ilə “Farense” maraqlanır.
2-ci liqa təmsilçisi seneqallını mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.
"Farense" hazırda çempionatda Superliqaya yüksəlməyə əsas namizədlərdəndir.
Xatırladaq ki, Sekin Bakı klubu ilə anlaşması 2027-ci il iyunun 30-na qədərdir.

