"Qarabağ" Avstriya toplanışında Ukrayna klubu ilə qarşılaşacaq

Yay hazırlığının ikinci mərhələsi üçün Avstriyaya yollanacaq "Qarabağ"ın təlim-məşq toplanışı yoxlama oyununda qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Ukraynanın "Metalist 1925" klubu ilə qarşılaşacaq.
Bu barədə Xarkov təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Matç iyulun 7-də baş tutacaq.
Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda start götürəcək hazırlıq prosesi çərçivəsində - iyunun 30-da "Zirə" ilə gücünü sınayacaq.
Ağdam təmsilçisi Avstriyaya iyulun 2-də yollanacaq.