"Neftçi"nin sabiq oyunçusu Qırğızıstan klubuna keçdi
2022-2023-cü illərdə "Neftçi"də oynamış Solomon Kvirkveliya Qırğızıstana üz tutub.
"Mediasport" xəbər verir ki, gürcüstanlı müdafiəçi "Toktoqul"la anlaşıb.
33 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin dekabrına qədər nəzərdə tutulan müqavilə bağlanıb.
Xatırladaq ki, Kvirkveliya "Neftçi"də 33 oyun keçirib.
