AFFA-da hakimlərin kateqoriyalar üzrə yekun siyahısı təsdiqləndi

AFFA-da hakimlərin kateqoriyalar üzrə yekun siyahısı təsdiqləndi

AFFA Hakimlər Komitəsinin növbəti iclası keçirilib.

"Mediasport" xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Tədbirin gündəliyinə aşağıdakı əsas məsələlər daxil edilib:

- Hakimlərin kateqoriyalar üzrə yekun siyahısının təqdimatı və təsdiqi;

- AFFA, UEFA və IFAB-ın yeni təlimat, qayda dəyişiklikləri və tövsiyələrinin diqqətə çatdırılması;

- Yeni mövsüm üzrə əsas hədəflərin, gözləntilərin və idarəçilikdə keyfiyyət standartlarının müəyyənləşdirilməsi.

 Müzakirələrin yekununda 2026/2027-ci illər mövsümü üçün hakim və hakim-inspektor siyahıları rəsmi olaraq təsdiqlənib.


Elit kateqoriyalı hakimlər:


1 Əliyar Ağayev (FIFA)

2 Elçin Məsiyev (FIFA)

3 Kamal Umudlu (FIFA)

4 İnqilab Məmmədov

5 Rəvan Həmzəzadə

6 Fərid Hacıyev

7 Tural Qurbanov (FIFA)

8 Rəşad Əhmədov

9 Cavid Cəlilov

10 Nicat İsmayıllı

11 Rauf Cabarov

12 Əli Əliyev

13 Elvin Bayramov

14 Kamranbəy Rəhimov

15 Vüqar Həsənli (yeni)

 
Elit kateqoriyalı köməkçi hakimlər:

 
1 Zeynal Zeynalov (FIFA)

2 Akif Əmirəli (FIFA)

3 Elşad Abdullayev (FIFA)

4 Pərvin Talıbov (FIFA)

5 Namik Hüseynov (FIFA)

6 Vüsal Məmmədov (FIFA)

7 Kamran Bayramov

8 Müslüm Əliyev

9 Rahil Ramazanov

10 Rəhman İmami

11 Cəmil Quliyev (FIFA)

12 Eyyub İbrahimov

13 Şirmamed Mamedov

14 Zöhrab Abbasov

15 Teymur Teymurov

16 Asiman Əzizli (FIFA)

17 Kərim Zeynalov

18 Tərlan Talıbzadə

19 Gülnurə Əkbərzadə (FIFA)