Azərbaycan yığması səfərdə ikinci dəfə Qazaxıstandan üstün oldu
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma növbəti dəfə Qazaxıstan yığmasına qalib gəlib.
Çimkənd şəhər stadionunda baş tutan matç millimizin 1:0 hesablı qələbəsilə yekunlaşıb. Yeganə qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
Xatırladaq ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk matç da komandamızın xeyrinə bitmişdi (2:1).
