"Fərqindəyik ki, bizi tarixi və çətin oyun gözləyir" - Kamilo Duran
"Mediasport" "Qarabağ"ın futbolçusu Kamilo Duranın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində sabah Bakıda "Nyukasl Yunayted"lə keçiriləcək oyun öncəsi mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:
- Fərqindəyik ki, bizi tarixi və çətin oyun gözləyir. Doğma azarkeşlərimizin qarşısıda oynayacağıq. Çətin rəqibdir. İstənilən halda, əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək, uğurlu nəticə əldə edək.
Turnirdəki son oyununuz da İngiltərə komandasına qarşı olub. Hansı təcrübəni götürmüsünüz ki, məhz o məqamda diqqətli olmaq lazımdır.
– İngiltərə klubları fiziki güclüdür və sürətli oynayırlar. Buna baxmayaraq, yaxşı hazırlaşmışıq. Onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq.
“Qarabağ”la Çempionlar Liqasında keçdiyiniz yol sizə nələr verib?
– Mənimçün çox xoşdur, xoşbəxtəm. “Qarabağ”da bu yolu keçmək karyeramın ən uğurlu dönəmidir. Gəncəm və daha inamlı olmalıyam. Üzərimdə işləməli, sürətli olmalıyam. Bu keyfiyyətlərimi inkişaf etdirməliyəm.
Bu mövsüm effektiv performans sərgiləməyin Kolumbiya yığmasına düşə bilməyinə kömək edə bilər? Ümumiyyətlə, bu, nə dərəcə realdır, təklif olub?
– Bu mövsüm uğurlu keçir. Milli komandada oynamaq uşaqlıq arzumdur. Düşünürəm ki, belə davam etsə, yığmaya düşməyə daha yaxın olaram. Hamı dünya çempionatında oynamaq istəyər. İndiki məqamda hansısa dəvət yoxdur.
Qol vursan, Çempionlar Liqasında Radamel Falkao və Cekson Martinesin (5 qol) rekordunu təkrarlamaqla, üçüncü kolumbiyalı kimi tarixə düşəcəksən.
– Hazıram. Ötən həftə məşqlərdə “Nyukasl”ı da düşünürdüm. Qol vurmağa hazıram.
