Tahir Gözəl futbolçulara 13 milyon manatadək mükafat verildiyini dedi

Tahir Gözəl futbolçulara 13 milyon manatadək mükafat verildiyini dedi

“Qarabağ”ın prezidenti Tahir Gözəl cari mövsümdə komandanın gəlirlərini açıqlayıb.

"Mediasport" xəbər verir ki, o, UEFA Çempionlar Liqasından 30 milyon avro (60 milyon manat) qazanc əldə etdiklərini deyib.

Ağdam klubunun rəhbəri bu gəlirdən futbolçulara 6 milyon avro (12 milyon 37 min 500 manat) mükafat verildiyini qeyd edib.

Xatırladaq ki, "atlılar" təsnifat mərhələrindən uğurla irəliləyərək Azərbaycan tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off raunduna vəsiqə qazanıblar.