Renat "Motor"dan ayrıldı - RƏSMİ
Renat Dadaşov "Motor" klubundan ayrılıb.
"Mediasport" xəbər verir ki, millimizin üzvünün Polşa təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb.
O, azad agent statusunda Lublin klubunu tərk edib.
Renat 2025/2026 mövsümündə "Motor"un heyətində 22 oyuna çıxıb.
O, karyerası ərzində "Ayntraxt" (Frankfurt, Almaniya), "Estoril", "Tondela" (hər ikisi Portuqaliya), "Hatayspor", "Ankaragücü" (hər ikisi Türkiyə), "Radomyak" (Polşa) kimi klublarda oynayıb.


