Murad Məmmədov yeni klubunda avrokuboklarda uğurla debüt etdi

Murad Məmmədov yeni klubunda avrokuboklarda uğurla debüt etdi

U-21 Azərbaycan milli komandasının futbolçuus Murad Məmmədov Kiprin "Pafos" klubunda debütü uğurlu alınıb.

"Mediasport" xəbər verir ki, vingerin ilk matçı avrokuboklara təsadüf edib.

20 yaşlı futbolçu UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Xorvatiyanın "Hayduk" kollektivinə qarşı oynayıb.

İlk görüşdə 0:2 hesabı ilə uduzan kiprililər evdə məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıblar - 4:0.

Əsas vaxt 2:0 hesabı ilə başa çatdığından komandalar əlavə vaxtda davam ediblər və "Pafos" burada daha 2 qol vurmaqla 3-cü raunda yüksəlib.

Murad meydana 82-ci dəqiqədə - komandası hesabda 1:0 olarkən çıxıb və vacib 2-ci qolun vurulmasında iştirak edib.

Onun künc zərbəsindən sonra etdiyi ötürmənin yekunu qol olub.

"Pafos" növbəti mərhələdə "Zalsburq"la (Avstriya) qarşılaşacaq.