"Növbəti mövsümdə daha güclü, daha inamlı qayıdacağıq"

“Əziz “Neftçi ailəsi! Çox təəssüf ki, son iki mövsümdə sizlərin bizdən gözlədiyiniz nəticələrlə sizi sevindirə bilmədik.
"Mediasport" xəbər verir ki, bu fikirlər "Neftçi"nin qapıçısı Rza Cəfərova məxsusdur.
Gənc kapitan sosial şəbəkə hesabından paylaşım edərək azarkeşlərdən üzr istəyib:
"Hər zaman bizi qarşılıqsız dəstəklədiniz. Mövsümə görə sizlərdən üzr istəyirəm. Bilməyinizi istəyirəm ki, buna görə ən azı sizin qədər çox üzgünük.
Səhvlərimizin fərqindəyik. Əminik ki, bu mövsümün acı təcrübələrindən nəticə çıxardaraq, növbəti mövsümdə daha güclü, daha inamlı qayıdacaq və azarkeşlərimizə layiq sevinci yaşadacağıq! Forza NEFTÇİ!”.
Qeyd edək ki, "Neftçi" 43 xalla mövsümü 6-cı pillədə başa vurub.