Avropa Liqası: "Qarabağ"ın səfər matçının hakimləri açıqlandı

Avropa Liqası: "Qarabağ"ın səfər matçının hakimləri açıqlandı

UEFA Avropa Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq "Qarabağ"ın İslandiyanın "Vestri" klubu ilə cavab oyununun hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, matçı Çexiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Marek Radinanın yan xətdə köməkçiləri Kamil Hojek və Petr Katalik olacaqlar.

Dördüncü hakim funksiyasını Daniel Vokoun yerinə yetirəcək.

VAR-da Tomaş Koçurek, AVAR-da Andrey Berka əyləşəcək.

İyulun 16-da Reykyavikin “Trottarvöllur” stadionunda keçiriləcək matş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xatırladaq ki, komandalar arasında ilk duel iyulun 9-da Bakıda baş tutacaq.