"Qarabağ" "Karvan-Yevlax"ı məğlub etdi, "Sabah" doğma meydanda "İmişli"yə uduzdu

Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, günün ilk oyununda "Qarabağ" "Karvan-Yevlax"ı məğlub edərək cari mövsüm ölkə çempionatında ilk qələbəsini qazanıb (2:0).
Masazır təmsilçisi "Sabah" isə doğma meydanda debütant "İmişli"yə uduzub.
Buna qədər keçirilən oyunlarda "Turan Tovuz" "Neftçi" ni (1:0), "Zirə" "Kəpəz"i (5:0), "Araz-Naxçıvan" "Qəbələ"ni (2:1) məğlub edib, "Sumqayıt" - "Şamaxı" oyunu bərabərliklə yekunlaşıb (1:1).
Azərbaycan Premyer Liqası. 3-cü tur
"Karvan-Yevlax" - "Qarabağ" 0:2
Qollar: Elvin Yunuszadə, 11 (avtoqol), Emmanuel Addai, 72.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu.
"Sabah" - "İmişli" 0:1
Qol: Abbas Ağazadə, 67.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Bank Respublika Arena".