Birvaxtlar Bakının ən məşhur olan stadionu yeni görkəmdə - FOTO
Bakının məşhur "Şəfa" stadionu yenilənir.
"Mediasport" xəbər verir ki, arenada aparılan genişmiqyaslı yenidənqurma işlər davam etdirilir.
Stadionun əsas meydançasında təmir-bərpa prosesi tamamlanmaq üzrədir, ot örtüyü yenisi ilə əvəzlənib.
Görülən işlər çərçivəsində əsas stadionun infrastrukturu tamamilə yenilənib.
Komandalar, hakimlər, rəsmi şəxs və mətbuat konfransı otaqları, həmçinin digər xidmət sahələri hazır vəziyyətə gətirilib.
Məlumata görə, Gənclər və İdman Nazirliyi stadionu "Şəfa" klubuna icarəyə verib. Paytaxt təmsilçisinin ev oyunlarını burada keçirəcəyi gözlənilir.
Qeyd edək ki, vaxtilə Azərbaycan milli komandası, o cümlədən "İnter" ("Keşlə", indiki "Şamaxı") uzun müddət rəqiblərini "Şəfa" stadionunda qəbul edib.


