"Kəpəz" portuqaliyalını geri gətirdi
“Kəpəz" yay fasiləsində ilk transferini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi keçmiş qapıçısı Rojerio Santosu heyətinə qatıb.
Portuqaliyalı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı Santos "sarı-göylər"in heyətində 2024-2025-ci illər mövsümündə çıxış edib.


