Cavab görüşlərinin hakimlər briqadası açıqlandı - Avropa Liqası

Cavab görüşlərinin hakimlər briqadası açıqlandı - Avropa Liqası

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, finala vəsiqənin taleyində əsasən alman və italyan ədalət təmsilçiləri rol oynayacaqlar.

Xatırladaq ki, görüşlər mayın 8-də baş tutacaq.


UEFA Avropa Liqası. Yarımfinal. Cavab oyunları


8 may

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Atletik" (İspaniya)

Hakimlər: Daniel Siber, Yan Seldel, Rafael Foltin, Tobias Ştiler (Almaniya)

VAR: Kristian Dingert (Almaniya)

AVAR: Sören Ştorks (Almaniya)

(İlk oyun - 3:0).


23:00. "Budö Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)

Hakimlər: Maurisio Mariani, Daniele Bindoni, Alberto Teqoni, Matteo Marketti (İtaliya)

VAR: Marko di Bello (İtaliya)

AVAR: Maykıl Fabbri (İtaliya)

(İlk oyun - 1:3).