Milli komandamızın üzvlərindən “Albania Open”də 3 bürünc medal

  Milli komandamızın üzvlərindən “Albania Open”də 3 bürünc medal

Azərbaycanın üç taekvondoçusu Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Albania Open” beynəlxalq turnirində uğurlu nəticə əldə edib.

"Mediasport" xəbər verir ki, böyüklərdən ibarət millimizin üzvlərindən Minayə Əkbərova (46 kq), Fuad Məhərləmli (63 kq) və Cavad Ağayev (74 kq) bürünc medal qazanıblar.

Komandamız yarışda məşqçilər Elnur Amanov və Fəridə Əzizovanın rəhbərliyi altında mübarizə aparıb.

Taleh Süleymanov (87 kq) və Eltac Qafarov (+87 kq) ümidləri doğrultmayıblar.