"Tottenhem" 41 ildən sonra UEFA Avropa Liqasının qalibi oldu

"Tottenhem" 41 ildən sonra UEFA Avropa Liqasının qalibi oldu

UEFA Avropa Liqasında 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, İspaniyada baş tutan həlledici qarşılaşmada ingilis dueli reallaşıb.

Turnirin ikiqat qalibi "Tottenhem" yeganə qolla 41 ildən sonra yenidən kubokun sahibi olub.

London klubu köhnə adı ilə UEFA Kubokunda 1971/1972 və 1983/1984-cü illər mövsümündə çempionluğa yüksəlmişdi.

İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirən komanda bu qalibiyyətlə növbəti sezonda Çempionlar Liqasında iştirak hüququ da əldə etdi.


UEFA Avropa Liqası. Final


"Tottenhem" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə) 1:0

Qol: Brennan Conson, 42.

Baş hakim: Feliks Svayer (Almaniya)

İspaniya, Bilbao, "San Mames" stadionu.