"Neftçi"nin direktoru: "Çempionluğa namizədlərdən biri bizik" - VİDEO

"Neftçi"nin direktoru: "Çempionluğa namizədlərdən biri bizik" - VİDEO

"Yeni transferlərimiz var. Komandaya faydalı olacaqlarına inanıram. Uğurlu mövsüm keçirmək niyyətindəyik. Kuboklar qazanmaq istəyirik".

"Mediasport" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi" Futbol Klubunun baş icraçı direktoru Cenk Sümer deyib.

Klub rəsmisi "ağ-qaralar"ın 2024-25 mövsümündə çıxışından söz açıb, qarşıdakı hədəflərdən danışıb

"Bu, futboldur. Hər şey ola bilər. Bəzi oyunçular bizdə xəyal qırıqlığı yaratdılar. Samir Abasov mövsümün ortasında komandaya gəldi. Bütün oyunları təhlil etdik. Skaut komandamızı təkmilləşdirmişik. Ümid edirəm ki, yeni mövsümdə uğursuzluq yaşamayacağıq. "Neftçi" bir ailədir. Bunu təlim-məşq toplanışında da gördük. Artıq yaxşı bazamız da var".

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının 2025-26 mövsümünün ilk turunda "Şamaxı" ilə qarşılaşacaq.

Samir Abasovun komandasının bölgə təmsilçisi ilə görüşü avqustun 16-da, saat 20:00-da baş tutacaq.