Mahir Emrelinin dönüşü məğlubiyyətlə yadda qaldı

Mahir Emrelinin dönüşü məğlubiyyətlə yadda qaldı

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Hannover"lə qarşılaşıb.

2 turdur adı oyunların iştirak ərizəsinə salınmayan 28 yaşlı hücumçu bu görüşdə 77-ci dəqiqədə şans qazanıb, komandası məğlubiyyətdən qaça bilməyib - 1:2.

Miroslav Klozenin baş məşqçisi olduğu "Nürnberq" 24 turdan sonra 35 xalla 9-cu pillədə qərarlaşıb.