1-ci Liqa təmsilçisi "Qəbələ"nin yetirməsi ilə müqaviləni pozdu
Azərbaycan 1-ci Liqasında yarışan "Difai" daha bir futbolçusu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, "fədailər" vinger Roman Hüseynovla yolları ayırıblar.
28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Qəbələ"nin yetirməsi komandada mövsümün əvvəlindən çıxış edirdi.
Xatırladaq ki, "Difai"ni bugünlərdə Bayraməli Qurbanov da tərk edib. O, Albaniyaya yollanıb.
