Sabiq "Qəbələ"li əsrin məşqçisi seçildi, Kurban Berdiyev üçüncü oldu
"Sport-Ekspress" nəşri Rusiyada 21-ci əsrin ən yaxşı futbol məşqçisini müəyyənləşdirmək məqsədilə idman jurnalistləri arasında sorğu keçirib.
"Mediasport" xəbər verir ki, 50 nəfərin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırmış Yuri Syomin birinci pilləyə layiq görülüb.
Valeri Qazzayev ikinci pillədə qərarlaşıb. "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev isə səs sayına görə üçüncü pillədə yer alıb.
2021-2024-cü illərdə "Sabah"ın baş məşqçisi olmuş Murad Musayev 8-ci olub.
21-ci əsrdə Rusiyada işləmiş ən yaxşı 10 məşqçi
1. Yuri Syomin
2. Valeri Qazzayev
3. Kurban Berdıyev
4. Sergey Semak
5. Stanislav Çerçesov
6. Leonid Slutski
7. Oleq Romantsev
8. Murad Musayev
9. Valeri Karpin
10. Vladimir Fedotov


