İtaliya və Şotlandiya klubları "Sabah"ın üzvünü istəyir
İtaliyanın "Sampdoriya" və Şotlandiyanın "Seltik" klubları "Sabah"ın futbolçusu Aaron Maluda ilə maraqlanır.
"Mediasport" nüfuzlu "Ekip" nəşrinə istinadən xəbər verir ki, tərəflər fransalı vingerlə danışıqlara başlayıblar.
Yekun qərarın mövsümün sonunda veriləcəyi gözlənilir.
Xatırladaq ki, məşhur dünya çempionu Floran Maludanın oğlu Azərbaycanda ötən ilin sentyabrından çıxış edir.
"Bayquşlar" bu ilin yanvarında "Lill"in vingerinin transfer hüququna yiyələnərək 4 illik müqavilə bağlayıblar.
O, "Sabah"ın heyətində bütün turnirlərdə 27 oyun keçirib, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
