"Hələ çox iş görməliyik, müəyyən çatışmazlıqlar var" - BERDIYEV

"Uşaqları təbrik etdim. Var gücləri ilə intizamlı oynadılar. Qələbəyə layiq idik. Hələ çox iş görməliyik. Müəyyən çatışmazlıqlar var".
"Mediasport" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 7-ci turunun "Sumqayıt"la səfər oyunu haqda danışıb, 3:0 hesablı qələbəni şərh edib:
Əvəzedici komandadan əsas komandaya oyunçu cəlb olunmur. Bunun səbəbi nədir?
- Onlardan bizimlə məşq edənlər var. Qeyri-təbii şəkildə cavan oyunçunu meydana buraxmaq olmaz. Burada rəqabət var, onlar rəqabətdə uduzurlar. Belə olan halda kimisə necə oynadım? Sonra ehtiyatda oturan futbolçularla problem ola bilər. Rəqabətdə qalib gəlmək lazımdır.
Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Bundan əvvəl milli komandalara görə fasilə olacaq. Arada yaranacaq vaxt sizin xeyrinizə olacaq, yoxsa əksinə?
- "Qarabağ" istənilən halda "Qarabağ"dır. Onların ikinci heyəti də əsas heyətə bərabərdir. "Qarabağ"la matçla bağlı nəsə demək, proqnozlaşdırmaq çətindir. Onlar Çempionlar Liqasında oynayırlar. Qələbələr münasibətilə Qurban Qurbanovu təbrik edirəm. Fasilənin necə təsir edəcəyini demək çətindir. Oyunlar bunu göstərəcək.