"Sumqayıt" yığma komandanın hücumçusu ilə yollarını ayırdı

"Sumqayıt"da növbəti ayrılıq reallaşıb.
"Mediasport" xəbər verir ki, komanda Silvanus Nimeli ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Liberiya millisinin 26 yaşlı hücumçusu "gənclik şəhəri" təmsilçisinin heyətində 18 oyuna 1 qolla yadda qaldı.