Azərbaycan çempionatına qatılmaq istəyən klubların nəzərinə!

Azərbaycan çempionatına qatılmaq istəyən klubların nəzərinə!

Yüksək Qızlar Liqasının 2026/2027-ci illər mövsümündə iştirak etmək istəyən yeni klubların müraciətləri 20-29 may 2026-cı il tarixləri arasında qəbul olunacaq.

"Mediasport" xəbər verir ki, klublar rəsmi müraciətlərini AFFA-nın Qadın Futbolu Departamentinin girls.league@affa.az elektron poçt ünvanına göndərməlidirlər.

Yüksək Qızlar Liqasında iştirak üçün müraciət etmiş yeni komandalar üçün 1-22 iyun tarixlərini əhatə edən xüsusi lisenziyalaşdırma dövrü tətbiq olunacaq.

Bu prosesi uğurla tamamlayan klublar yarışda iştirak hüququ qazanacaqlar.