Millimizin futbolçusu Bundesliqa karyerasına məğlubiyyətlə başladı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Almaniya Bundesliqasında debüt edib.
"Mediasport" xəbər verir ki, müdafiəçinin formasını geyindiyi "Hamburq" 16-cı tur çərçivəsində evdə "Frayburq"la qarşılaşıb.
Mirzəliyevanın 90 dəqiqə meydanda olduğu görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 0:2.
"Hamburq" 10 xalla 14 komandalı çempionatıda turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
