Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

Azərbaycan milli komandasının futbolçusu Nigar Mirzəliyevanın formasını geyindiyi Rusiyanın “Zenit” komandası baş məşqçisi Andrey Boqdanaviçusla vidalaşıb.

"Mediasport" xəbər verir ki, bu barədə Sankt Peterburq klubunun rəsmi saytı məlumat paylaşıb.

2022-ci ildən klubda işləyən, bu ilin yanvarından baş məşqçi olan mütəxəssis "Zenit"ə başa çatan mövsümdə bürünc medalları qazandırıb.

Xatırladaq ki, yığmamızın futbolçusu 2021-ci ildən Rusiya çempionatında çıxış edir.

Daha əvvəl "Rubin"də oynamış Nigar "Zenit"lə iki dəfə (2023, 2024) Rusiya çempionu olub.