Litva milli komandası Bakıda yığmamızı darmadağın etdi

Litva milli komandası Bakıda yığmamızı darmadağın etdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında sonuncu oyununu keçirib.

"Mediasport" xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Litva yığmasını qəbul edib.

Qrup birincisi olmaq sarıdan böyük əhəmiyyət kəsb edən matçın favoriti millimiz sayılsa da, rəqib Bakıda komandamızı darmadağına məruz qoyub.

Xatırladaq ki, futbolçularımız Litvaya səfərdə 2:0 qalib gəlmişdilər.

Bu məğlubiyyətlə yığmamız B Liqasına yüksəlmək şanslarını 99 faiz itirib.

Son turda Monteneqro Litvaya səfərdə qalib gəlsə və digər qruplar arasında ən yaxşı iki komandadan biri Azərbaycan millisi olsa, pley-off görüşü keçiriləcək.


UEFA Millətlər Liqası. C Liqası, 4-cü qrup. 3-cü tur


Azərbaycan - Litva 0:5

Baş hakim: Sapir Qaya Berman

Baş hakimin köməkçiləri: May Moalem, Nofar Çava Skorka

Dördüncü hakim: Şada Dahamşi

Bayıl stadionu.

Azərbaycan: 22. Nərgiz Əliyeva, 4. Nigar Mirzəliyeva, 23. Yeliz Acar, 3. Jalə Məhsimova, 20. Peritan Bozdağ, 5. Ayşən Əhmədova, 18. Alina Dorofeyeva, 9. Sevinc Cəfərzadə (k), 6. Esra Manya, 7. Manə Mollayeva, 14. Coşqunə Əliyeva.

Ehtiyat oyunçular: 1. Aytac Şərifova, 12. Mehriban Şahməmmədova, 2. Diana Məmmədova, 8. Firəngiz Teymurova, 10. Ayşən Salamzadə, 11. Vüsalə Seyfəddinova, 13. Alina Nəhmədova, 15. Kamilla Məmmədova, 16. Xanım Əsədova, 17. Aysun Muradova, 19. Milana Rəhimova, 21. Fidan Cəfərova.

Baş məşqçi: Siyasət Əsgərov.

Litva​: 22. Meda Şeşkute, 13. Vestina Neverdauskayte, 14. Milda Liujinayte (k), 6. Tereza Romanovskaya, 23. Loreta Roqaçyova, 4. Alqimante Mikutayte, 20. Liuciya Vaytukaytite, 5. Monika Qrikşeyte, 7. Uqne Lazdauskayte, 21. Ema Kriauçiunayte, 9. Rimante Yonuşayte.

Ehtiyat oyunçular: 12. Karolina Curukova, 8. Erika Şupelite, 10. Lolita Jijite, 11. Mariya Qalkina, 15. Justina Blayeviçiuyte, 16. Vilte Şvarceyte, 17. Auste Bernotayte, 18. Auquste Andriyevskite, 19. Qreta Valikoniene.

Baş məşqçi: Tomas Rajanauskas.