ACF kəmər imtahanı keçirəcək

  ACF kəmər imtahanı keçirəcək

Ağdamda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

"Mediasport" xəbər verir ki, imtahan 15 sentyabrda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə baş tutacaq.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi, rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.