Azərbaycan cüdoçusu Avropa Açıq Turnirində "bürünc" əldə etdi
Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri start götürüb.
"Mediasport" xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançılarından Tofiq Məmmədov uğurla çıxış edib.
66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal qazanıb.
Daha beş cüdoçumuz bu gün yarışacaq.
Xəyyam Əliyev və Nihad Şıxəlizadə (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Camal Feyziyev (+100 kq) və Gülnarə Bayramova (57 kq) gücünü sınayacaq.
Qeyd edək ki, 19 cüdoçu ilə təmsil olunduğumuz yarışa 27 ölkədən 320 idmançı qatılıb.
