Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də ilk gün uğursuz oldular

 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də ilk gün uğursuz oldular

Azərbaycan cüdoçuları İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinə uğursuz başlayıblar.

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz ilk günü medalsız başa vurublar.

Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Əhməd Yusifov (60 kq), Turan Bayramov və Ruslan Paşayev (hər ikisi 66 kq) ümidləri doğrultmayıblar.

Xatırladaq ki, Azərbaycan komandası səfərə 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə yollanıb.

Beynəlxalq yarış Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.

Turnir avqustun 30-da yekunlaşacaq.