Almaniyada 6 medal qazandıq

 Almaniyada 6 medal qazandıq

Azərbaycanın gənc bokçsuları Almaniyanın Frankfurt (Oder) şəhərində U-19 beynəlxalq turnirdə uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, idmançılarımız yarışda altı medal qazanıblar.

Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq) və Sübhan Babayev (60 kq) yalnız finalda məğlub olaraq gümüş mükafat əldə ediblər.

Toğrul Quliyev (60 kq), Şahin Aslanov (65 kq) və Səftər Məmmədzadə (+90 kq) isə 3-cü yeri tutublar.