Gənc boksçularımız Qazaxıstanda beynəlxalq turnirdə yarışırlar

Gənc boksçularımız Qazaxıstanda beynəlxalq turnirdə yarışırlar

Azərbaycan gənc boksçuları Qazaxıstanın Türküstan şəhərində beynəlxalq turnirdə iştirak edirlər.

"Mediasport" xəbər verir ki, bu gün start götürən yarışda yığmanın heyətində məşqçi İlkin Seyfəddinovun rəhbərliyi altında Hikmət Məmmədov (50 kq), Əli Məmmədov, Zakir Həsənzadə (hər ikisi 55), Vüsal Xəlilov (65 kq), Renat Qiyaslı (75 kq) və Kənan Nəcəfov (+90) gücünü yoxlayacaq.

Turnir iyunun 6-da başa çatacaq.