"İnsanlar daha çox statistikaya baxırlar, nəinki gözəl oyunlara"

"İnsanlar daha çox statistikaya baxırlar, nəinki gözəl oyunlara"

"Kayzserslautern" klubunun hücumçusu Mahir Emreli Almaniyanın nüfuzlu "Bild" nəşrinə açıqlama verib.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Almaniya 2-ci Bundesliqasının ilk turunun "Hannover"lə qarşılaşmasından (0:1) danışıb:

"Təbii ki, hücum nəticə verməyəndə insanlar narazı qalır. Qol vurduqda isə daha da sevinirlər. Bu günlərdə insanlar daha çox statistikaya baxırlar, nəinki gözəl oyunlara. Bu səbəbdən tənqidi anlayıram. Bu, futbolçunun həyatının bir hissəsidir. Düşünürəm ki, mənimlə İvan Prteyin hələ zamana ehtiyacı var. Bu qədər qısa müddətdə oyunumuz ideal ola bilməz. Bir neçə matçdan sonra hər şey xeyli yaxşılaşacaq".

Mahir "Kayzerslautern"in yeni mövsümdə doğma azarkeşlər önündə keçirəcəyi ilk oyundan danışıb:

"Ümid edirəm ki, bu ilk ev oyunu çox uğurlu bir başlanğıc olacaq. Komandada çoxlu istedadlı və peşəkar futbolçular var. Məncə, biz ilk "üçlük" uğrunda mübarizə aparacaq potensiala sahibik. Bu, mənim şəxsi fikrimdir. Özümüzə eyni dərəcədə inamlı olmalıyıq".

Xatırladaq ki, "Kayzerslautern" 2-ci Bundesliqanın 2-ci turu çərçivəsində avqustun 9-da, saat 22:30 evdə iddialı "Şalke" ilə qarşılaşacaq. Oyun Bakı vaxtilə saat 22:30-da başlayacaq.