"Sumqayıt"da yeni müqavilə

  "Sumqayıt"da yeni müqavilə

"Sumqayıt" Emil Mustafayevlə müqaviləni yeniləyib.

"Mediasport" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi daha 2 mövsüm Premyer Liqa klubunda forma geyinəcək.

Mustafayev 2025/2026 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 14 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.