Avropa Liqasında yeni mövsüm başlanır: 8 qarşılaşma keçiriləcək

 Avropa Liqasında yeni mövsüm başlanır: 8 qarşılaşma keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 2025/2026-cı illər mövsümü start götürəcək.

"Mediasport" xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində 8 matç baş tutacaq.

Yarışın ilk qarşılaşması Bakıda reallaşacaq.

Raundun cavab oyunları iyulun 17-də keçiriləcək. 


UEFA Avropa Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar


20:00. “Sabah” (AZƏRBAYCAN) – “Çelye” (Sloveniya)

20:30. AEK (Kipr) – “Partizan” (Serbiya)

21:00. “Şerif” (Moldova) – “Priştina” (Kosovo)

21:00. “Pakş” (Macarıstan) - ÇFR (Rumıniya)

21:30. “Levski” (Bolqarıstan) – “Hapoel” (Beer Şeva, İsrail)

22:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “İlves” (Finlandiya)

22:15. “Spartak” (Trnava, Slovakiya) – “Hekken” (İsveç)

23:00. “Legiya” (Polşa) – “Aktobe” (Qazaxıstan)