Özbəkistan millisi Dünya Kubokunda debüt etdi - VİDEO
Futbol üzrə dünya çempionatının qrup mərhələsində ilk tur yekunlaşıb.
"Mediasport" xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçirilib.
İddialılardan Portuqaliya millisi Konqo Demokratik Respublikası ilə matçda xal itirib.
İngiltərə millisi Xorvatiya yığmasına böyük hesabla qalib gəlib.
Qana seçməsi "Turan Tovuz"un futbolçusu Roderik Millerin də heyətində yer aldığı Panama futbolçularını məğlub edib.
Təmsilçimizin üzvü görüşdə meydana çıxmayıb.
Tarixində ilk dəfə Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanan Özbəkistan isə Kolumbiyaya uduzub.
DÇ-2026. 1-ci tur
Portuqaliya - Konqo Demokratik Respublikası 1:1
İngiltərə - Xorvatiya 4:2
Qana - Panama 1:0
Özbəkistan - Kolumbiya 1:3


