Mərakeş millisinin heyəti açıqlandı
Mərakeş milli komandasının DÇ-2026 üçün 26 nəfərlik yekun heyəti açıqlanıb.
Afrika təmsilçisi C qrupunda Braziliya, Haiti və Şotlandiya ilə üz-üzə gələcək.
Mundial 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.
Qapıçılar: Yassin Bunu ("Əl Hilal"), Munir Əl-Kacui ("Renessans de Berkane"), Əhməd Reda Tanyauti (FAR).
Müdafiəçilər: Nussair Mazraui ("Mançester Yunayted"), Anass Salah-Eddin (PSV), Yussef Bellamari ("Raca"), Nayef Agerd ("Marsel"), Çadi Riyad ("Kristal Pelas"), İssa Diop ("Fulhem"), Reduan Xalxal ("Mexelen"), Əşrəf Hakimi (PSJ), Zakariya Əl-Uahdi ("Genk").
Yarımmüdafiəçilər: Samir Əl-Murabet ("Strasburq"), Ayub Buaddi ("Lill"), Nil Əl-Aynaui ("Roma"), Sofyan Amrabat ("Betis"), Azzedin Unahi ("Jirona"), Bilal Əl-Hannuss ("Ştutqart"), İsmail Saybari (PSV).
Hücumçular: Ez Abde ("Betis"), Şemsdin Talbi ("Sanderlend"), Sofyan Rahimi ("Əl Ayn"), Ayub Əl-Kaabi ("Olimpiakos"), Brahim Dias ("Real"), Yassin Gessimi ("Strasburq"), Ayube Amaimuni ("Ayntraxt").
Mediasport.com.az


