Dünya Kubokunda çoxunuzun bilmədiyi 10 ən maraqlı fakt

Dünya Kubokunda çoxunuzun bilmədiyi 10 ən maraqlı fakt

Tarixdə ilk dəfə üç ölkədə - ABŞ, Meksika və Kanadada keçirilən futbol üzrə dünya çempionatı sona yaxınlaşır.

"Mediasport" xəbər verir ki, birincilik yarışında artıq 4 komanda qalıb - Fransa, İspaniya, İngiltərə və Argentina.

Gərgin matçlar fonunda azarkeşlərin bir çoxu ilk dəfə 48 yığma komandanın qatıldığı Dünya Kubokunda texnoloji yeniliklərdən və onların istifadəsindən tam məlumatlı deyil.

Bu yazıda DÇ-2026-da tətbiq edilən ən innovativ yenilikləri diqqətinizə çatdırırıq.


Dünya Kuboku-2026-da çoxunuzun bilmədiyi 10 maraqlı fakt

*Hakimlər ilk dəfə qulaqlıqlarına süni intellektdən səsli xəbərdarlıq alırlar. Ofsayd epizodlarında AI sistemi yan xətt hakiminə və baş hakimə "offside" və ya "tight" kimi ani bildiriş göndərir. Son qərarı yenə hakim verir, amma proses xeyli sürətlənir.

*Turnirdə hər futbolçunun 3D rəqəmsal modeli yaradılıb. FİFA bütün iştirakçıların bədən skanını hazırlayıb. Bu modellər VAR qərarlarının vizual izahında istifadə olunur.

*Hakimlərin üzərində kamera var. Dünya Kubokunda ilk dəfə azarkeşlər bəzi epizodları birbaşa hakimin baxış bucağından izləyə bilirlər. Bu görüntülər AI vasitəsilə sabitləşdirilir.

*Topun daxilində saniyədə 500 dəfə məlumat ötürən sensor yerləşdirilib. Sensor topa toxunma anını dəqiqliklə müəyyən edir və ofsayd, əl oyunu kimi epizodların analizində istifadə olunur.

*VAR artıq təkcə videoya baxmır. Qərarlar kameralar, topdakı sensorlar və süni intellekt tərəfindən eyni vaxtda analiz edilən məlumatlar əsasında hazırlanır.

*Bütün 48 milli komanda üçün xüsusi AI platforması hazırlanıb. "Football AI Pro" sistemi məşqçilərə rəqibləri təhlil etmək, taktiki ssenariləri əvvəlcədən modelləşdirmək və statistik analiz aparmaq imkanı verir. Bu sistem oyun zamanı deyil, yalnız oyunlardan əvvəl və sonra istifadə olunur.

*Stadionların rəqəmsal "əkizi" yaradılıb. Təşkilatçılar azarkeş axınını, giriş-çıxışları və təhlükəsizlik ssenarilərini əvvəlcədən virtual mühitdə sınaqdan keçirirlər.

*FİFA qərarların qəbul müddətini 20–25 saniyəyə endirməyi hədəfləyib. Bunun üçün kameralar, AI və sensorlu top vahid sistem kimi işləyir.

*Süni intellekt yalnız hakimlərə deyil, yayımçılara da kömək edir. AI avtomatik olaraq maraqlı epizodları seçir, müxtəlif baxış bucaqları yaradır və televiziya yayımını daha dinamik edir.

*FİFA bunu tarixdə ən texnoloji Dünya Kuboku adlandırır. Turnirdə AI, ağıllı top, bədən kameraları, yarıavtomatik ofsayd sistemi və 3D analiz eyni vaxtda ilk dəfə bu miqyasda birlikdə tətbiq olunur.