İran millisinin DÇ-2026 üçün yekun heyəti müəyyənləşdi - SİYAHI

İran millisinin DÇ-2026 üçün yekun heyəti müəyyənləşdi - SİYAHI

Futbol üzrə İran milli komandasının DÇ-2026 üçün yekun heyəti açıqlanıb.

Baş məşqçi Əmir Qalenuyi heyətə 26 oyunçunun adını daxil edib.

Komanda tarixdə ilk dəfə 3 ölkədə keçiriləcək mundialın G qrupunda mübarizə aparacaq.

İyunun 11-də başlanacaq turnirdə iranlılar Yeni Zelandiya, Belçika və Misir yığmaları ilə yarışacaqlar.

Qapıçılar: Əlirza Beyranvənd (“Traktor”), Hüseyn Hüseyni (“Sepahan”), Payam Niyazmənd (“Persepolis”);

Müdafiəçilər: Danial İri (“Malavan”), Ehsan Hacısəfi (“Sepahan”), Saleh Hərdani (“İstiqlal”), Hüseyn Kənanizadəgan (“Persepolis”), Şoca Xəlilzadə (“Traktor”), Milad Məhəmmədi (“Persepolis”), Əli Neməti (“Fulad”), Ramin Rzayan (“Fulad”);

Yarımmüdafiəçilər: Ruzbeh Çeşmi (“İstiqlal”), Səid İzzətullahi (“Şabab", Əl Əhli), Mehdi Qaedi (“Əl Nəsr”, Dubay), Saman Qoddos (“Əl İttihad" Kəlbə), Məhəmməd Qurbani (“Əl Vəhda”), Əlirza Cahanbəxş (“Dender”), Məhəmməd Mohebi (“Rostov”), Əmir Rəzzaqiniya (“İstiqlal”), Mehdi Turabi (“Traktor”), Ariya Yusefi (“Sepahan”);

Hücumçular: Əli Əlipur (“Persepolis”), Dennis Ekkert Dərgahi (“Standard”, Lyej), Əmirhüseyn Hüseynzadə (“Traktor”), Şəhriyar Muğanlı (“Əl İttihad", Kəlbə), Mehdi Taremi (“Olimpiakos”).

Mediasport.com.az