Əliyev Albaniyada çempionluğa bərabər matçdan qalib ayrıldı

Əliyev Albaniyada çempionluğa bərabər matçdan qalib ayrıldı

Futbol üzrə Albaniya Superliqasında 28-ci tur ölkə derbisi ilə əlamətdar olub.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi lider "Eqnatia" çempionluq uğrunda mübarizədə ən yaxın izləyicisi "Dinamo"nu (Tirana) qəbul edib.

24 yaşlı futbolçumuzun 90 dəqiqə meydanda olduğu qarşılaşma komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.

Zamiq 90+7-ci dəqiqədə əvəzlənib.

Xallarının sayını 52-yə çatdıran "Egnatia" qızıl medallar üçün çox vacib addım atıb.

"Dinamo" 47 xalla 3-cü sıraya düşüb, "Partizani"ni məğlub edən "Vlajniya" isə 49 xalla 2-ci pilləyə yüksəlib.