"İlk dəfədir dubl edirəm, qollarımı ailəmə həsr etmək istəyirəm"

"İlk dəfədir dubl edirəm, qollarımı ailəmə həsr etmək istəyirəm"

"İlk dəfədir dubl edirəm. Bu, mənim üçün ən yaxşı günlərdən biridir. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

"Mediasport" "Diema Sport"a istinadən xəbər verir ki, bu sözləri Bolqarıstanın "Arda" klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Cəlal Hüseynov deyib.

Ölkə çempionatının 34-cü turunun "Botev"lə qarşılaşmasında iki qol vuran və komandasına vacib qələbə qazandıran Cəlal rəqibin gücündən və turnir cədvəlindəki mövqeyindən bəhs edib:

"Bilirik ki, "Botev" yaxşı komandadır. Turnir cədvəlində bir-birimizə yaxınıq. Turnir cədvəlində aramızda daha böyük fərq yaratmaq üçün qalib gəlməli olduğumuzu anlayırdıq. Mövsümü daha yaxşı şəkildə başa vurmaq üçün yaxşı imkanlarımız var və bunu etməliyik".

Hüseynov dublundan danışıb və qollarını ailəsinə həsr etdiyini söyləyib:

"Bu, futboldur. Biz 11 futbolçu ilə oynayırıq. Vurduğum ikinci qolun mükəmməl ötürməsini Dimitar Velkovski vermişdi. Qolun sirri də budur. Bu qollarımı ailəmə həsr etmək istəyirəm".

Müdafiəçi növbəti tur qarşılaşacaqları "Lokomotiv"lə görüş barədə də fikirlərini bölüşüb:

"Bəlkə də onlar heyətdə dəyişikliklər edəcəklər. Görəcəyik. Amma həm növbəti oyunda, həm də son matçda yalnız üç xal haqqında düşünməliyik.

Yalnız bu şəkildə şanslarımızdan yararlana biləcəyik. Bolqar dilinə gəldikdə isə öyrənmişəm. Danışmağı bacarıram, amma bir az utanıram. Paltardəyişmə otağında və komandada bolqar dilində danışıram və hər şeyi başa düşürəm".

"Arda" hazırda 48 xalla turnir cədvəlinin 7-ci sırasında qərarlaşıb və Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparır.

Rövşən ƏLİSOY