Konqo əsilli almaniyalı Bakıdan Ruanda millisinə dəvət aldı

“Sabah”ın almaniyalı hücumçusu Coy-Lens Mikels Ruanda yığma komandasına dəvət alıb.
"Mediasport" xəbər verir ki, Ruanda Futbol Federasiyası Konqo əsilli futbolçuya rəsmi təklif göndərib.
Mikels dəvəti qəbul etsə də, Azərbaycan Premyer Liqasının 7-ci turunun "Karvan-yevlax"la görüşündə belindən zədə aldığı üçün düşərgəyə qoşula bilməyəcək.
DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmağı hədəfləyən ruandalılar forvarda ön xətdə əsas oyunçu gözü ilə baxırlar.
Afrika zonasının C qrupunda yer alan Ruanda seçməsi oktyabrın 10-da Benin, 14-də Cənubi Afrika millisi ilə qarşılaşacaq.
O, nənəsinin (ata anası) Ruandada anadan olduğunu, orada çoxlu qohumlarının yaşadığını və bu səbəbdən dəvəti qəbul etdiyini bildirib.