"Turan Tovuz" və "Neftçi"nin futbolçuları dünyanın 100 ən yaxşısı sırasında yer aldılar

"Turan Tovuz" və "Neftçi"nin futbolçuları dünyanın 100 ən yaxşısı sırasında yer aldılar

Football Observatory (CIES) dünyanın 46 liqasında ən yüksək müdafiə göstəricilərinə malik 23 yaşadək 100 yarımmüdafiəçinin siyahısını hazırlayıb.

"Mediasport" xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqasından iki yerli futbolçunun adı var.

Bunlar "Turan Tovuz"dan Fərid Yusifli və "Neftçi"dən Emil Səfərovdur.

Qərb təmsilçisinin üzvü sıralamada 85-ci pillədə qərarlaşıb.

Paytaxt klubunun futbolçusu isə 89-cudur.