Azərbaycan klubları FİBA Avropa Kubokunda 3-cü tur matçına çıxır

 Azərbaycan klubları FİBA Avropa Kubokunda 3-cü tur matçına çıxır

Azərbaycanın iki basketbol klubu bu gün FIBA Avropa Kubokunda 3-cü tur matçlarını keçirəcək.

"Mediasport" xəbər verir ki, G qrupunda yer alan "LANDAU Lions" Danimarkada “Bakken Birs”in qonağı olacaq.

Görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Erhan Tokerin baş məşqçisi olduğu kollektiv qrupun əvvəlki iki duelində İsveçrənin "Cenevrə Lions”" (83:105) və Slovakiyanın “Prievidza” klublarına uduzub (84:108).

“Neftçi” isə H qrupunda İsveçrədə “Fribur Olimpik”la qarşılaşacaq. Oyun saat 22:00-da başlanacaq.

Xatırladaq ki, paytaxt klubu əvvəlki iki görüşündə Yunanıstanın “Mikonos” (58:78) və Latviyanın VEF kollektivlərinə məğlub olub (94:110).