Azərbaycan çempionu karyerasını bölgə klubunda davam etdirəcək
1-ci Liqada yeni mövsümə hazırlaşan “Şahdağ Qusar” heyətini gücləndirməkdə davam edir.
"Mediasport" xəbər verir ki, şimal təmsilçisi bu dəfə Vüqar Həsənovla anlaşıb.
"Şəfa"dan ayrılan 28 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə bağlanıb.
O, ötən mövsüm 1-ci Liqada çempion olub.
Qeyd edək ki, Qusar klubu onadək Elməddin Sultanov, Urfan İsmayılov, Ravil Qafarov, Fəxri Məmmədli, Gülağa Əsədov və Mehrac Baxşalını transfer edib.


