İkiqat Azərbaycan çempionu aşağı liqaya yuvarlandı! - RƏSMİ

İkiqat Azərbaycan çempionu aşağı liqaya yuvarlandı! - RƏSMİ

Azərbaycan 1-ci liqasında 26-cı turun oyunlarına yekun vurulub.

"Mediasport" xəbər verir ki, dramatik görüşlərdən sonra yarışın iki dəfə qalibi olmuş "Qaradağ Lökbatan"ın çempionatdan 2-ci Liqaya düşəcəyi dəqiqləşib.

Əgər lökbatanlılar son turda qalib gəlsə belə, 26 xala malik ən yaxın rəqibləri "Cəbrayıl" və "Difai"ni üstələyə bilməyəcək. Çünki reqlamentə görə, klubların xalları eyni olarsa, qələbələrin sayı əsas götürülür. "Qaradağ Lökbatan" mövsümdə 5, onun ən yaxın izləyiciləri 7 qələbə qazanıblar.

6-9-cu yerlərdə qərarlaşmış komandalardan hər biri isə son turun nəticəsinə əsasən, 2-ci Liqanın 4-cü komandası ilə pley-offda oynaya bilər.

Qeyd edək ki, "Qəbələ" çempionluğunu bir neçə həftə əvvəl rəsmiləşdirib.

Qarşıdakı son turun nəticələrindən asılı olmayaraq, "Qəbələ", "İmişli" və "Karvan" Premyer Liqaya lisenziya əldə ediblər.


Azərbaycan 1-ci Liqası. 26-cı tur


15 may (cümə axşamı)

“Qəbələ” – “Zaqatala” 4:0

Hakimlər: Emin Əliyev, Orxan İbişov, Rizvan Süleymanov, Nəriman Ağayev

Qəbələ şəhər stadionu


16 may (cümə)

“Difai” – “Cəbrayıl” 1:1

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov

Şamaxı OİK stadionu


“İmişli” – “Baku Sporting” 0:0

Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Zakir Şükürzadə, Sənan Bayramzadə

Heydər Əliyev adına İmişli şəhər stadionu


MOİK – “Mingəçevir” 1:3

Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Anar Bədəlov, Şamil İmanzadə

Binə qəsəbə stadionu


“Karvan” – “Qaradağ Lökbatan” 2:2

Hakimlər: Mahmud Bağırzadə, Nurlan Əhmədzadə, Rasim Axundov, Ruslan Quliyev

Yevlax şəhər stadionu